Bir müddət öncə təyyarə ilə birgə qəfildən itkin düşən Emiliano Sala barəsində yeni xəbər yayılıb. Belə ki, bir müddət öncə polis rəsmi axtarışları dayandırsa da, axtarış üçün yığılan pul sayəsində 2 gün öncə sualtı axtarış gəmisi ilə özəl axtarışlara başlanılıb. Axtarışlar sürətlə davam edir və artıq itən təyyarədən qalıq tapılıb. Araşdırmaçılar Kotentin yarımadasında yerləşən Suraynvill çimərliyində təyyarəyə  aid olduğu güman edilən oturacaqların iki balışını tapıblar. Təyyarənin qalıqlarını tapmaq üçün suyun altında araşdırmaların davam edəcəyi açıqılanıb. Ancaq əlverişsiz hava şəraiti səbəbindən axtarışlara istirahət günlərindən sonra başlanacaq və üç gün davam edəcək. 

İndi qeyd ol və 200 AZN bonus qazan!

0

FACEBOOK KOMMENTARE