Futbol əfsanəsi brazilyalı Ronaldo Valyadolid klubunun yeni sahibi olaraq ictimaiyyətə açıqlandı.

Tarixin gəlmiş keçmiş ən güclü hücumçularından biri olaraq göstərilən Real Madridin və Barselonanın keçmiş oyunçusu Valyadolid klubunun 51% hissəsini 30 milyon avroya alaraq klubun əsas sahibi oldu.

Konfransda Ronaldo deyib: ” Həyatımda çox önəmli günlərdən biridir.Bu gün üçün mən illərdi çalışırdım. Bizim əsas hədəfimiz mübarizəkar,dəqiq,çalışqan  komanda ilə maksimum bacarığımızı komandaya verməkdir.Klub bundan sonra hər zaman ilklərə oynayacq və bunu qoruyacaq. Klubu effektiv şəkildə uğurla idarə edəcəyimdən şübhəniz olmasın. ”

Valyadolid 2014-cü ildən La Ligadan aşağı divizyona düşmüşdü və bu il liqaya qayıda bilmişdi.

0

FACEBOOK KOMMENTARE