İngiltərə mediasının son məlumatına görə, mövsüm sonunda 26 yaşlı yarımmüdafiəçi Paul Pogba “Manchester United” klubundan ayrılmaq qərarındadır. Onun agenti olan superganet statuslu Mino Raiola oyunçunu “Juventus” və ya “Real Madrid” klublarının rəhbərliklərinə təklif edib. Son məlumata görə, madridlilər bu transferdə artıq maraqlı deyillər və oyunçu onların planlarında yoxdur. “Juventus” rəhbərliyi isə oyunçunu sərfəli qiymətə transfer etməyə müsbət yanaşır. Lakin, “Manchester United” rəhbərliyi oyunçunu əldən buraxmaq niyyətində olmadığı üçün, onun transferinə görə çox yüksək məbləğ tələb edir. “Qırmızı Şeytanlar” onun üçün tələb etdiyi məbləği 200 milyon avrodan 175 milyon avroya endirib. Lakin, bu məbləğ belə “Juventus” rəhbərliyini heç qane etmir. 

Qeyd edək ki, Paul Pogba 2016-cı ildə 105 milyon avro qarşılığında məhz “Juventus” klubundan transfer edilmişdi.

 

0