Formula 1 üzrə Çin qran-prisi bu il keçirilməyə bilər.

Buna səbəb Çində yeni virusun – Corona virusunun yayılmasıdır. Şanxay İdman Federasiyası ölkədəki böyük idman tədbirlərinin virus aradan qaldırılmayana qədər ləğv olunduğunu bildirib. Beləliklə, yarışın təşkilinə yerli hakimiyyət rəsmən icazə verməyib.

Beynəlxalq Avtomobil Federasiyası (FİA) və Formula 1 rəhbərliyi hələ mərhələnin ləğvi və ya təxirə salınması ilə bağlı rəsmi açıqlama verməyib.

0