Hazırda müqavilə ilə “Barcelona” futbolçusu olan, amma, klubun heç bir heyətində yer almayan 33 yaşlı sol cinah hücumçusu Arda Turan son olaraq 2018-20 illəri aralığında icarə əsasında “Başakşehir” klubunda çıxış edirdi. Türkiyə klubu ötən ay onun müqaviləsinə son verdi və beləcə, onun icarə müddəti başa çatmış oldu. Oyunçu hələ də müqavilə ilə “Barcelona” klubuna məxsusdur və yanvar transfer dövründə “Galatasaray”a keçidi gündəmdə olsa da, “Galatasaray” rəhbərliyi bu transferə razı olmamışdı. Onun agenti isə onun üçün Çin, Birləşmiş Ərəb Əmirlikləri, Argentina, Yaponiya, Çexiya, Rusiya kimi ölkələrdən onun üçün klublar axtarır. Lakin, hələ də heç bir klub onun xidmətində maraqlı deyil. Onun mövsüm sonuna qədər klub tapmayacağı təqdirdə, futbolçu karyerasını bitərəcəyi iddia edilir.

 

0