“UFC” üzrə yenidən Khabib Nurmagamedov – Conor McGregor döyüşü görə bilərik.  Belə ki, irland döyüşcü Conor McGregor öz rəqibini gözləyir və onun rəqibi Khabib Nurmagamedov – Tony Ferguson döyüşünün qalibi olacaq. Bunu isə “UFC” rəhbəri olan Dana White açıqlayıb.  Onun dediklərinə görə, əgər Khabib Nurmagamedov aprel ayında Nyu York şəhərindəki döyüşdə Tony Ferguson üzərində qalib gələrsə, bu ilin payızında Conor McGregor ilə qarşılaşacaq. Bu isə ilin sentyabr, oktyabr və ya noyabr aylarından birinə təsadüf edəcəyi deməkdir. 

Qeyd edək ki, Conor McGregor ötən həftələrdə yenidən döyüşlərə qayıtmış və Donald ‘Cowboy’ üzərində 40 saniyəyə nokaut ilə qələbə qazanmışdı. 

0