UEFA Avropa Liqasında 3-cü təsnifat mərhələsində İsraildə “Bnei Yehuda” klubunun qonağı olan “Neftçi” klubu görüşdən 2-0 hesabla məğlub ayrıldı və mübarizəni dayandırdı. Oyundan sonra “Neftçi” baş məşqçisi Roberto Bordin açıqlama verdi. Onun açıqlamasını təqdim edirik:

“Oyun istədiyimiz kimi alınmadı. Rəqib bütövlükdə yenə müdafiə olundu. Əlbəttə, bugünkü məğlubiyyətdə özümü günahlandırıram. Məncə, komandama nəyisə çatdıra bilmədim ki, daha ürəklə döyüşsünlər. Oyunçulara tapşırmışdım ki, səbrli olsunlar. Buna rəğmən, qapımızdan erkən qol buraxdıq. Sonradan isə anlaşılmazlıqdan daha bir qol buraxdıq. Çalışırdıq ki, oyun istədiyimiz kimi getsin. Amma rəqib müdafiə olunur, boşluqlar buraxmırdı. Biz isə uzun ötürmələrdən yararlanmağa çalışırdıq. Amma bu, alınmadı. Artıq Premyer Liqa start götürür. Bəzi dəyişikliklər etmək lazımdır.
Qol buraxan komandanın dönüş yaratmaq istəyi normaldır. Biz də buna çalışırdıq. Mərhələ keçməmək üzücüdür. Buna çox inamım var idi. Çalışmalıyıq ki, özümüzü motivasiya edək və çempionata yaxşı başlayaq.”

Qeyd ol və 200 AZN bonus qazan!

0

FACEBOOK KOMMENTARE