UEFA Superkubokunda bir qədər öncə “Liverpool” və “Chelsea” klubları qarşılaşdı. Əsas hissələri 1-1 başa çatan oyunun əlavə hissələrində də tərəflər hərəyə 1 qol vurdular və oyun penaltilər seriyasında davam etdi. Penaltilərdə qalib gələn “Liverpool” klubu Superkuboka sahib çıxdı. Oyundan sonra “Liverpool” baş məşqçisi Jürgen Klopp isə bunları dedi:

“İstanbul çox möhtəşəmdir. Bura artıq bizim şəhərimizdir. Atmosfer əla idi. Bütün İstanbula təşəkkür edirəm. Oyunda çox çalışdıq, çətinlik çəkdik, amma, istədiyimizə nail olduq. Qapıçımız Adrian bu gecə həyatımızı xilas etdi deyə bilərik. İnanılmaz bir tarix yazdı. 2 həftə öncə onun özünə də belə bir tarix yazacağı deyilsəydi, yəqin ki, inanmayacaqdı. Buraya qədər gələn, bizi tək qoymayan azarkeşlərə də xüsusi təşəkkür edirəm.”

Qeyd ol və 200 AZN bonus qazan!

0

FACEBOOK KOMMENTARE