“Liverpool” klubunun baş məşqçisi Jürgen Klopp bu gecə “Chelsea” ilə Superkubok oyunu üçün təyin edilən qadın hakim Stephanie Frappart barədə açıqlama verdi. O, artıq bunun üçün zamanın çatdığını bildirdi. Açıqlaması:

“Artıq bu cür təyinatın zamanı yetişmişdi. Mən Almaniyadakı məşqçilik dövrümdə qadın hakimlərin idarə etdiyi bir neçə oyuna da çıxmışam. Həqiqətən də son dərəcə yaxşı idarə etmişdilər. Bu hadisə futbol tarixində də xüsusi hadisədir və biz də bu tarixin bir hissəsi olacağımız üçün xoşbəxtik. Futbol tək kişilərin deyil, eyni zamanda qadınların da oyunudur. Çalışacam hər nə qədər əsəbi və emosiyalı olsam belə, oyun zamanı Stephanie Frapparta qarşı sakit davranım. Əks təqdirdə, anam mənə çox qəzəblənər. Ümid edirəm ki, bu cür hadisələr bundan sonra da olar.”


Qeyd edək ki, bu gecə 23:00-da UEFA Superkuboku uğrunda “Liverpool” – “Chelsea” oyunu baş tutacaq. 

Qeyd ol və 200 AZN bonus qazan!

0

FACEBOOK KOMMENTARE