Bir qədər öncə UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsində “Qarabağ” klubu “APOEL” klubunu doğma meydanda qəbul etdi və məğlub oldu. 0-2 başa çatan oyun sonrasında “Qarabağ” klubu UEFA Çempionlar Liqasında mübarizəni dayandırdı. Oyun sonrasında “APOEL” baş məşqçisi Thomas Doll açıqlamalar verdi. Onun açıqlamalarını təqdim edirik:

“Komandamızın çıxışından razı qaldım. Rəqibin necə oynaması ikinci dərəcəlidir. “Qarabağ”ın da şansları var idi, ilk hissədə qol vura bilərdilər, qapıçımız möhtəşəm qurtarış etdi. Qapısında qol görməmək böyük klub üçün əla nəticədir. Qol vurmaq üçün çox imkanlar əldə etdik. Mənim üçün vacib olan komandamın qol vurmaq istəyi idi. Penalti olmasaydı belə, başqa imkanlardan qol vuracaqdıq. Sonradan qol vurmaq üçün kifayət qədər vaxtımız var idi. Rəqibi qarşıladıq, şanslar yaratmağa çalışdıq. Nəzərə alaq ki, bu gün səfərdə çıxış edirdik. Ən önəmlisi konsentrasiyanı itirməmək və hücumla müdafiə arasında balans yaratmaq idi. Futbolçularım meydanda ürəklərini ortaya qoydular.
İlk görüşlə müqayisədə çox şeyi dəyişdik. Sürətli, geniş futbol oynadıq, çoxlu ötürmələr etdik. İkinci hissənin ilk 10-15 dəqiqəsində çətin anlar yaşadıq, qapıçımız çox seyvlər etdi. Rəqibin dayanmadan asmaları var idi. Yalnız ondan sonra oyunu düzəldə bildik. Addım-addım nəticəyə doğru getdik. Ümumilikdə, qalibiyyətə layiq idik.”

Qeyd ol və 200 AZN bonus qazan!

0

FACEBOOK KOMMENTARE