Dünya futbolunun canlı əfsanələrindən olan sabiq futbolçu, hazırda isə yeni yaradılan “İnter Miami” klubunun sahibi olan David Beckham öz klubuna baş məşqçilik üçün 3 namizəd seçib. İlk öncə onu qeyd edək ki, “İnter Miami” klubu artıq bir neçə ay aldığı rəsmi lisenziya ilə, 2020-ci ildən ABŞ liqası olan “MLS”də çıxışını rəsmiləşdirib. Artıq klub üçün heyət yığmaq prosesinə başlayan David Beckham baş məşqçilik üçün də 3 şəxsi namizəd olaraq təyin edib. Bu şəxslər David Moyes, Carlo Ancelotti və Thierry Henry olaraq göstərilib. Carlo Ancelotti hazırda “SSC Napoli” klubunun baş məşqçisidir, lakin David Moyes və Thierry Henry klubsuzdur. David Beckham özü futbolçu olaraq isə Carlo Ancelottinin baş məşqçiliyi altında “AC Milan”, “PSG” klublarında çıxış edib. Hazırda David Beckham həm “İnter Miami” klubunun sahibidir, həm də “Real Madrid” klubunun ABŞ və Şimali Amerika üzrə rəsmi səfiridir.

 

Qeyd ol və 200 AZN bonus qazan!

0

FACEBOOK KOMMENTARE