Verilən son dəqiqə məlumatına əsasən, bu yay Danny İngs, Simone Mignolet, Alberto Moreno kimi futbolçularla yolları ayıran “Liverpool” klubunda daha bir oyunçu ayrılığı baş tutmaq üzərədir. Belə ki, bir müddətdir “AS Roma” klubu danışıqlar apardığı 30 yaşlı mərkəz müdafiəçisi Dejan Lovren artıq “Canavarlar” ilə şəxsi razılıq əldə etdi və klubu tərk etməyə yaxındır. “AS Roma” klubu oyunçuya illik 3 milyon avro maaş təklif etmişdi. Hazırda isə klublar arasında danışıqlar davam edir. “Liverpool” klubu oyunçu üçün 15 milyon avro qiymət təyin edib. Əgər romalılar bu məbləği ödəməyə razı olsa, transfer tezliklə rəsmiləşəcək.

Qeyd edək ki, Dejan Lovren 2014-cü ildə 25 milyon avroya “Southampton” klubundan “Liverpool” klubuna transfer olunub və orada 170 oyuna 7 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd ol və 200 AZN bonus qazan!

0

FACEBOOK KOMMENTARE