Bu yay ərzində bir sıra futbolçular ilə yolları ayıran “Barcelona” klubunda daha bir futbolçu komandadan ayrılmağa yaxındır. Belə ki, son verilən məlumata əsasən, klubun 26 yaşlı yarımmüdafiəçisi Rafinha Alcantara üçün İtaliyadan və İspaniyadan transfer təklifləri var. İtaliyadan “Fiorentina” klubu, İspaniyadan isə “Valencia” klubu oyunçu üçün rəsmi təklif yollayıb. Digər tərəfdən rəsmi təklif yollamasalar belə, “Atalanta” klubu da oyunçu ilə maraqlanmağa başlayıb. Oyunçuun keçidinə ən yaxın klub isə hazırda “Fiorentina” klubudur. Yaxın günlərdə onun taleyinə aydınlıq gələcək. 

Qeyd edək ki, Rafinha Alcantara “Barcelona” yetirməsidir və ötən illərdə icarə əsasında “RC Celta”, “İnter” kimi klublarda da çıxış edib. 

 

Qeyd ol və 200 AZN bonus qazan!

0

FACEBOOK KOMMENTARE