Avqustun 8-i Thesalonikdə baş tutan Paok-Spartak Moskva qarşılaşmasında muxbir Jaroslav Kulemin yazdığı twite görə matç əsnasında yunan fanatlar rusiyalı jurnalistlərə hücum etməyə cəhd edib.

” Fitə basılmaq problem deyildi,əsas problem onların boksları qırıb bizə hücum etmək istəməsi idi”

Daha sonra Kulemin həmçinin əlave edir ki, yunan polisi oyundan öncə bizə “…komandanız qol vurduğu təqdirdə bunu qeyd eləməyin” deyə bizə bildirnişdilər.

Hərçənd Paok tərəfi bu hadisəni təkzib etsə də, bu son altı ay ərzində ikinci bu tip hadisədir. Belə ki, mart ayının beşində Paok azərkeşləri dövlətin rəsmi ERT3 kanalının binasını basmışdılar.Bu tərz etikadan kənar davranışların səbəbi isə, Olimpiakos ilə oyunda komandaya verilən texniki məğlubiyyət idi.

0

FACEBOOK KOMMENTARE