Hər zaman olduğu kimi Çempionlar liqası qalibi ilə Avropa liqasının qalibinin baş başa gəldiyi oyun bu il avqustun 14-ü  Beşiktaş klubunun stadionu Vodafon Parkda baş tutacaq.

Türkiyə ilk dəfə Süper Kubok oyununa ev sahibliyi edəcək. Bundan öncə İstanbul 2005-ci ildə Milan-Liverpul Çempionlar liqası finalına və 2009-cu ildə Şaxtyor-Verder Uefa Avropa liqası final matçına ev sahibliyi etmişdi.

2020-ci ildə isə Süper Kubok oyunu Portunun stadionu Dragaoda keçiriləcək.

0

FACEBOOK KOMMENTARE