Rusiyalı qaydasız döyüşçü Habib Nurmagomedov gələn döyüş barədə – amerikalı  Conor McGregor ilə oyunu barəsində açıqlamalar verib.

O UFC mətbuatına verdiyi müsahibədə bildirilib ki, ” Bu tarixin ən böyük qarşılaşmalarından biri olacaq. Azərkeşlərim məndən qələbə gözləyir. Bu əsl pul uğrunda döyüş olacaq çünki hər ikimiz çox məhşuruq. Mcgregor mənə qalib gələ bilməsi üçün çox şanslı olmalıdır. Amma real döyüşdə mən onu buldozer kimi əzəcəm sadəcə qapıları bağlayın.

Nurmagamedov ilə Conor Mcgregor arasında döyüş 6 oktyabr Las Vegasda baş tutacaq.

Habib çıxdığı 26 oyundan hamısını qazana bilib,Conor isə 21 qələbə 3 məğlubiyyəti var. Digər maraqlı fakt isə biletlərin 3 dəqiqə içində bitməsidir ki, bu da oyuna marağın dəhşətli dərəcədə olduğundan irəli gəlir.

0

FACEBOOK KOMMENTARE